.jpg)
Ölkənin aparıcı aqrar sənaye şirkətlərindən olan "Agro Dairy" 2025-ci il üzrə taxıl biçini mövsümünün əsas mərhələsini yüksək nəticələrlə yekunlaşdırdığını elan edib. Cari mövsümdə şirkətin bitkiçilik təsərrüfatı məhsuldarlıq və keyfiyyət göstəriciləri baxımından fəaliyyət tarixinin ən yüksək nəticələrinə imza atıb. Belə ki, 55 min tondan artıq yerli buğdanın emalı ilə "Agro Dairy" ölkədə ərzaqlıq buğda istehsalı üzrə yeni bir rekord müəyyənləşdirib.Məlumat üçün qeyd edək ki, cari ildə "Agro Dairy" şirkətinin təsərrüfat sahələridən bu günədək ümumilikdə 82.3 min ton yüksəkkeyfiyyətli buğda və arpa istehsal olunub ki, bu həcmin də əsas hissəsi Hacıqabul və Tovuz təsərrüfatlarının payına düşür.
Məhsuldarlıq göstəriciləri xüsusilə pivot suvarma texnologiyasının tətbiq olunduğu sahələrdə yüksək nəticələrlə fərqlənib. Hacıqabul təsərrüfatında 497 hektar ərazidə buğda üzrə məhsuldarlıq 7.8 ton/ha səviyyəsinə çatıb. Bu da öz növbəsində, region üzrə ən yüksək nəticələrdən biri hesab olunur. Tovuz təsərrüfatında isə 1 649 hektar sahədə 7.5 ton/ha məhsuldarlıqla yeni regional rekord müəyyən edilib.
Şirkətin baş icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib ki, yüksək göstəricilər "Agro Dairy"nin 10 ildən artıq müddətdə həyata keçirdiyi məqsədyönlü strategiyanın, peşəkar idarəetmənin və sistemli fəaliyyətinin nəticəsidir:
"Bu nailiyyətlər şirkətin inkişaf yolunun başlanğıcıdır və əldə olunan nəticələrdə dövlətin aqrar sahəyə verdiyi dəstəyin, xüsusilə də ərzaqlıq buğda proqramı çərçivəsində tətbiq olunan məhsul subsidiyalarının mühüm rolu var. Sözügedən subsidiyalar fermerləri və iri təsərrüfatları müasir aqrotexniki yanaşmaları tətbiq etməyə, yüksək reproduksiyalı toxumlarla məhsuldarlığı artırmağa və keyfiyyətli ərzaqlıq buğda istehsalına təşviq edir. Bu mexanizmlər sayəsində "Agro Dairy" həm istehsal imkanlarını genişləndirə, həm də ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə strateji töhfə verə bilib."
Qarabağ bölgəsindəki dəmyə əkin sahələrində bu il ilk dəfə olaraq əhəmiyyətli nailiyyətlər müşahidə olunub. Ümumilikdə buğda və arpa sahələrindən 18 min tondan artıq məhsul tədarük edilib ki, bu da bölgə üçün parlaq nəticə kimi qiymətləndirilir.
Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Agro Dairy.
Mənbədə tam oxu →

