
Azərbaycan Texnologiya Universitetində (ATU) “Agro Dairy” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüş universitet–sənaye əməkdaşlığının inkişafı, tələbələrin istehsalat təcrübələrinin genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunub.
Görüşdə tərəflər təhsil və sənaye arasında əlaqələrin gücləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşviqi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə Azərbaycan Texnologiya Universitetini elm və innovasiya məsələləri üzrə prorektor Sahil Həmidov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Toğrul Sadıqov, universitet–sənaye əlaqələri üzrə müşavir Rövşən Əliyev, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov və İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədov təmsil ediblər.
“Agro Dairy” şirkəti isə İdarə Heyətinin üzvü, İnsan Resursları üzrə Baş direktor Fatimə Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iştirak edib.
Görüşün yekununda Azərbaycan Texnologiya Universiteti ilə “Agro Dairy” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tələbələrin istehsalat təcrübəsi proqramlarına cəlb olunması, birgə təlim və seminarların təşkili, müasir təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsi, məzunların şirkətin namizəd bazasına daxil edilməsi və karyera imkanlarının genişləndirilməsi istiqamətlərində əməkdaşlığı əhatə edir.
Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Agro Dairy.
Mənbədə tam oxu →

