Kənd Təsərrüfatı Nazirliyi · 01 İyul 2026

Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Aqrar Sığorta Fondu Xaçmaz və Xızı rayonundakı təsərrüfatlara müxtəlif hadisələrdən dəymiş zərərlərə görə sığorta ödənişləri həyata keçirib.

Xaçmaz rayonunun Qalağan kəndindən olan fermer Əsəd Nəsrullayevin buğda sahəsində baş vermiş sel-subasma hadisəsi üzrə fermerə zərər ödənişi edilib.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi