
Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları Xocalı rayonunun Xanabad kəndində yerləşən «Qoç Ət Kəndli Fermer Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Damazlıq Yetişdirmə Kompleksinə səfər ediblər.
Səfərin əsas məqsədi regionda fəaliyyət göstərən müasir heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə yerində tanış olmaq, damazlıq heyvandarlığın inkişaf perspektivlərini dəyərləndirmək, tətbiq olunan innovativ yanaşmalar və istehsal potensialı barədə fikir mübadiləsi aparmaq olub.
Kompleksdə həyata keçirilən damazlıq heyvandarlıq fəaliyyəti çərçivəsində yüksək məhsuldarlığa malik cinslərin yetişdirilməsi, seleksiya işlərinin təşkili və genetik göstəricilər üzrə əməliyyatlar aparılır.
Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.
Mənbədə tam oxu →

