Fermachi

KT Nazirliyi · 20 iyul 2026

Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, dövlət qurumları və tərəfdaşların dəstəyi…

Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib
Kənd Təsərrüfatı Nazirliyi20 iyul 2026

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, dövlət qurumları və tərəfdaşların dəstəyi ilə Daşkəsən rayonu Gənclərin Təlim və İstirahət Mərkəzində Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd aqrar sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl sektor nümayəndələri və fermerlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, kənd təsərrüfatı sahəsində innovativ yanaşmaların təşviqi, regionun aqroturizm potensialının tanıdılması və yerli istehsalçıların məhsullarının geniş auditoriyaya təqdim olunması olub.

Aqrar Biznes Festivalı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, həmçinin aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən stendlər qurulub, müasir kənd təsərrüfatı texnologiyaları, məhsul və xidmətlər nümayiş etdirilib. Fermerlərə subsidiyalar, aqrar sığorta, güzəştli maliyyə alətləri və digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.

Festival çərçivəsində Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının məqsəd və hədəflərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə proqramın əsas prioritetlərini əks etdirən təqdimat materialları stendlərdə nümayiş olunub.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, aqrar sahənin inkişafı üzrə tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə festival iştirakçılarına ətraflı məlumatlar təqdim edilib.

Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.

Mənbədə tam oxu →

Davamı

Digər aqrar xəbərlər.

Başlamağa hazırsan?

Texnika, xidmət və məhsul burada. Öz elanını da yerləşdir, satışa başla.