Fermachi

KT Nazirliyi · 10 avq 2026

Azərbaycanda daha bir aqropark yaradılıb

“Atena Aqropark”ı qeydiyyata alınıb, aqroparkın rezidenti “Atena Aqro Kompleks” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Azərbaycanda daha bir aqropark yaradılıb
Kənd Təsərrüfatı Nazirliyi10 avq 2026

“Atena Aqropark”ı qeydiyyata alınıb, aqroparkın rezidenti “Atena Aqro Kompleks” MMC-yə qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) tərəfindən yeni yaradılan daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim olunub. Yeni yaradılan “Atena Aqropark” Qubadlı rayonunda yerləşir.

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov son dövrlərdə aqroparklarla bağlı görülən işlər barədə məlumat verib. Qeyd edib ki, aqroparkların inkişafını dəstəkləmək məqsədilə investisiyaların təşviqi, güzəştli kredit mexanizmlərinin genişləndirilməsi və subsidiyaların tətbiqində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Atena Aqropark” haqqında məlumat verən ATM direktorunun müavini bildirib ki, bu özəl aqropark tərəfindən torpaq sahələrinin mərhələli şəkildə əkin dövriyyəsinə cəlb edilməsi, müasir pivot suvarma sistemlərinin qurulması, qabaqcıl aqrotexniki üsulların və yüksək məhsuldarlığa malik toxum sortlarının tətbiqi planlaşdırılır.

“Atena Aqro Kompleks” MMC-nin direktoru Emin Qasımov aqroparkın yaradılmasında göstərilən dövlət dəstəyinə və yaradılan şəraitə görə minnətdarlığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatı kompleksinin ümumi ərazisi 1860 hektar, layihə dəyəri isə 10,9 milyon manat təşkil edir. Aqropark işğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə etməklə, müasir texnologiyalara əsaslanan, məhsuldar və dayanıqlı aqrar istehsal kompleksini formalaşdırır. Aqroparkın əsas istehsal istiqamətləri ərzaqlıq buğda, arpa, qarğıdalı (dənlik və silosluq), yonca və digər strateji-iqtisadi baxımdan səmərəli kənd təsərrüfatı bitkilərinin becərilməsini nəzərdə tutur. Su ehtiyatlarından səmərəli istifadə etmək, əkin sahələrinin optimal su təminatını və məhsuldarlığın yüksəldilməsini təmin etmək məqsədilə aqroparkda pivot suvarma sistemlərinin tətbiqi hədəflənir.

Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.

Mənbədə tam oxu

Davamı

Digər aqrar xəbərlər.

Başlamağa hazırsan?

Texnika, xidmət və məhsul burada. Öz elanını da yerləşdir, satışa başla.