Fermachi

KT Nazirliyi · 10 avq 2026

Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu…

Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN!
Kənd Təsərrüfatı Nazirliyi10 avq 2026

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və təsərrüfat rəhbərləri öz çəltik əkini sahələrini avqustun 20-dək dövlət dəstəyi ilə sığortalaya bilərlər.

Xatırladaq ki, çəltik Azərbaycanda 100-lərlə fermer tərəfindən 10-dan artıq rayonda becərilir. Ölkədə çəltik əkin sahələri 5 min hektardan artıqdır.

Ölkəmizdə çəltik əsasən iki regionda – Mərkəzi Aran və Lənkəran-Astara zonalarında becərilir. Çəltik əkinlərinin böyük hissəsi Mərkəzi Aran iqtisadi rayonunun payına düşür. Bu regionda 2 900 hektara yaxın çəltik əkilir. Lənkəran-Astara regionunda 1 140 hektar, Salyan rayonunda isə 970 hektar sahədə çəltik becərilir.

Ölkəmizdə ən çox çəltik sahəsi olan rayonlar Ucar (1 275 hektar), Salyan (972 hektar), Ağdaş (718 hektar) və Lənkəran (662 hektar) rayonlarıdır.Bundan başqa, Zərdabda 380 hektar, Göyçayda 372 hektar, Astarada 306 hektar, Masallıda 179 hektar, Yevlaxda isə 146 hektar sahədə çəltik becərilir.

Xüsusi qulluq tələb edən çəltik sahələri təbiət və digər risklərə qarşı həssasdır. İstənilən təbii fəlakət və digər hadisə çəltik sahəsinə zərər vuraraq məhsulu məhv edə bilər. Bu isə çəltik becərən fermerlərin gəlirlərinə və rifahına ciddi zərbə vura bilər.

Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.

Mənbədə tam oxu

Davamı

Digər aqrar xəbərlər.

Başlamağa hazırsan?

Texnika, xidmət və məhsul burada. Öz elanını da yerləşdir, satışa başla.