Fermachi

KT Nazirliyi · 1 iyul 2026

Cəbrayılın Horovlu kəndində sakinlər üçün növbəti aqrar təlimlərə başlanılıb

Cəbrayılın Horovlu kəndində sakinlər üçün növbəti aqrar təlim proqramlarına başlanılıb.

Cəbrayılın Horovlu kəndində sakinlər üçün növbəti aqrar təlimlərə başlanılıb
Kənd Təsərrüfatı Nazirliyi1 iyul 2026

Aqrar sahədə fermerlərin və kənd sakinlərinin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə növbəti təlim proqramlarına başlanılıb. Təlim proqramı Cəbrayıl rayonunun Horovlu kəndini əhatə edib.

Təlimlər kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinin daha səmərəli təşkili, torpaq sahələrindən məqsədyönlü istifadənin təmin edilməsi və müasir aqrar yanaşmaların tətbiqinin təşviq edilməsi məqsədilə təşkil olunur.

Təlim sessiyalarında iştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə işləmə qaydaları, kənd təsərrüfatı texnikalarından səmərəli və təhlükəsiz istifadə, həmçinin meyvəçiliyin müasir becərmə texnologiyaları barədə məlumat verilib.

Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.

Mənbədə tam oxu →

Davamı

Digər aqrar xəbərlər.

Başlamağa hazırsan?

Texnika, xidmət və məhsul burada. Öz elanını da yerləşdir, satışa başla.