
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesi çərçivəsində təşkil olunan təlimlərin növbəti mərhələsi yekunlaşıb. Bu mərhələ üzrə Xocalı rayonu Təzəbinə və Xanabad kəndlərində keçirilən təlimlərdə 100 nəfər uğurlu nəticə göstərərək «Müvəffəqiyyət sertifikatı»na layiq görülüb. Ağdərə rayonu Suqovuşan qəsəbəsində təşkil olunan təlimlərdə isə 121 nəfər sertifikatla təltif olunub.
Sessiyalar zamanı iştirakçılara elektron kənd təsərrüfatı sistemlərinin tətbiqi, meyvəçilik və tərəvəzçilik sahəsində müasir yanaşmalar, bitkiçilik və əkinçilik texnologiyaları, heyvandarlıqda düzgün bəslənmə və saxlanma şəraiti, cins seçimi və məhsuldarlığın artırılması yolları barədə geniş məlumat verilib.
Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.
Mənbədə tam oxu →

