Kənd Təsərrüfatı Nazirliyi · 02 İyul 2026

Bakıda növbəti «Kənddən Şəhərə» həftəsonu yarmarkası təşkil olunacaq

4-5 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki «Aqrar Tədarük və Təchizat» ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti «Kənddən Şəhərə» həftəsonu yarmarkası baş tutacaq.

Yarmarkanın məqsədi yerli fermerlərə dəstək göstərmək, onların məhsullarının satış imkanlarını artırmaq və şəhər sakinlərini sağlam, təbii kənd məhsulları ilə təmin etməkdir.

Tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi