
İndiyədək sahələrdən 2,9 milyon tona yaxın məhsul yığılıb
Respublikada taxıl biçini yekun mərhələyə keçib.
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 21-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb.
Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.
Mənbədə tam oxu →

