
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da “John Deere” şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlandı.
Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedilər.
“John Deere” şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirdi.
Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulandı, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirildi, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunuldu və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edildi.
Bu xəbərin xülasəsidir. Tam mətn üçün mənbəyə keçin: Kənd Təsərrüfatı Nazirliyi.
Mənbədə tam oxu →

