
Kənd Təsərrüfatı Nazirliyi · 02 İyul 2026
İşğaldan azad edilmiş ərazilərə 249 min başdan çox xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsi köçürülüb
Hər il işğaldan azad edilmiş ərazilərə heyvandarlıq və arıçılıq təsərrüfatlarının mövsümi köçü həyata keçirilir. 2026-cı ildə də «Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi» xidmətinə dair reqlamentə uyğun olaraq köç prosesi təşkil edilib.
İşğaldan azad olunmuş ərazilərə köçürüləcək təsərrüfatların təhlükəsizliyinin təmin edilməsi, köçürülmə vaxtı, eləcə də istifadəyə və icarəyə veriləcək örüş, otlaq və biçənək sahələrinin yerləşməsi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilib, həmçinin müvafiq maarifləndirmə tədbirləri həyata keçirilib.