Kənd Təsərrüfatı Nazirliyi · 30 İyun 2026

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 3-də saat 09:00-da Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi