Kənd Təsərrüfatı Nazirliyi · 30 İyun 2026

Nazir müavini İlhamə Qədimova Biləsuvarda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Biləsuvar, Cəlilabad, İmişli, Cəbrayıl, Xaçmaz, Bərdə rayonları və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, damazlıq heyvanların lizinqi, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, suvarma və digər məsələlərlə bağlı olub.

Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi