
Kənd Təsərrüfatı Nazirliyi · 03 İyul 2026
Nazir Məcnun Məmmədov Lerikdə vətəndaşlarla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Qəbul cədvəlinə uyğun olaraq Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 3-də Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Əvvəlcə nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.