Kənd Təsərrüfatı Nazirliyi · 29 İyun 2026

Nazir müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iyunun 29-da Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında Ağsu və Tərtər rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya, işğaldan azad olunmuş ərazilərdə torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi