Kənd Təsərrüfatı Nazirliyi · 30 İyun 2026

Operativ məlumat: Taxıl biçini davam edir, sahələrdən 1 618 893 ton məhsul yığılıb

Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyunun 30-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb.

Mövsüm ərzində 462 153 hektar sahədə biçin aparılıb, bu sahələrdən 1 618 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sent/ha çoxdur.

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi